YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır

“Biz həmişə ictimaiyyətin qəbul etdiyi mövqeyi əsas götürürük”. Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, kim harda nə deyir desin, ictimaiyyətin qəbul etdiyi mövqe daha vacibdir. Onun sözlərinə görə, seçki prosesində 10 minlərlə insan çalışır.

«Heç kim hansısa nöqsanlardan sığortalanmayıb. Kimsə nədəsə səhlənkarlıq edirsə,onu ümumi, kütləvi bir hal konteksində çatdırmaq düzgün deyil. Dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin. Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın. Şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır. Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur. MSK işini qanunvericilik çərçivəsində qurur və edilən hər bir müraciətə ədalətli mövqedən yanaşır»- deyə, MSK sədri vurğulayıb.