YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Dünya birliyi terrorun miqyasını zəiflətməsə vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək

«Bu gün beynəlxalq aləmin əsas mövzusu terrora qarşı ortaq mübarizənin təşkilinə nail olmaqdır. Bunsuz vəziyyət daha da pisləşəcək». Bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, iki dünya müharibəsindən çıxan bəşəriyyət terroru yenməsə və ya ən azı terrorun miqyasını zəiflətməsə vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək. Onun sözlərinə görə, terror artıq Türkiyəmizin paytaxtı Ankaranı vurur.

«Dünən isə belə bir xəbər gəldi ki, bir başqa qonşumuzun paytaxtında – Moskvada da terror törətmək istəyən qrup yaxalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq terrorçulara qarşı birgə əməkdaşlığa ehtiyac var. Çünki terrorun bu gün və ya sabah haranı vuracağı bəlli deyil. Silahlı separatçıların da terrorçulardan elə böyük fərqi yoxdur. Nəzarətsiz bölgə olan Dağlıq Qarabağ terrorçuların məskənidir. Azərbaycan prezidenti İlham Əliyevin müsahibələrinin birində söylədiyi kimi “pis və yaxşı terrorçu yoxdur”»- deyə, A.Əliyev qeyd edib.