YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Oktyabrın 9-da isə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Və bütün seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyası öz fəalığı ilə fərqlənir. Belə ki, kampaniyaya start verilən andan ilk olaraq məhz YAP-ın namizədlərinin portretləri seçki məntəqələrində müəyyən olunmuş müvafiq yerlərdə asılıb. Eyni zamanda, bu fəallıq seçicilərlə görüşlərdə də xüsusi olaraq nəzərə çarpır.

Elə YAP-ın 81 saylı Beylqan Seçki Dairəsindən parlament üzvlüyünə namizədi İsmayılov Şahin Əmir oğlunun kampaniya çərçivəsində rayonunun  Örənqala və Günəşli kəndlərində seçicilərlə görüşündə də yüksək fəallıq və izdiham müşahidə edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev hakim partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib.

Daha sonra çıxış edən YAP-ın 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədi Şahin İsmayılov ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O, deyib ki, müasir Azərbaycan dövlətin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. 

DİGƏR Xəbərlər Arxiv