YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları noyabrın 1-də keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün uğurlu seçki kampaniyasını davam etdirir. Oktyabrın 9-dan başlayan təşviqat mərhələsində partiyanın şəhər və rayon təşkilatlarının seçki qərargahları operativ və çevik fəaliyyət göstərirlər. Qaradağ rayonunda da YAP-ın namizədlərinin uğurlu təşviqat kampaniyası həyata keçirilir.

Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun seçicilərlə görüşü keçirilib. 

İlk öncə YAP tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Aydın Hüseynov haqqında seçicilərə məlumat verilib, partiya həyatında gördüyü işlərdən bəhs edilib.

YAP Qaradağ rayon təşkilatının sədri, YAP tərəfindən parlament seçkilərinə namizədliyi irəli sürülən Aydın Hüseynov qeyd edib ki, Azərbaycanın hər diyarında, hər elində yaşayan vətəndaşlarımızın hər biri onun üçün əzizdir, o cümlədən də Qaradağ rayon ərazisində yaşayanlar: “Mən hər zaman çalışmışam ki, rayonumuzda yaşayan hər bir insana qayğı ilə yanaşım, onların hər hansı bir probleminin həllini səlahiyyətim çərçivəsində həll edim. İnanıram ki, bu diqqət və qayğını hər bir vətəndaş öz əməli işi ilə doğruldacaq. Biz hər zaman ədalətli, şəffaf seçkilərin tərəfdarı olmuşuq. Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin də ədalətli prinsiplərə söykənəcəyinə əminik”.

 

DİGƏR Xəbərlər Arxiv