YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayon seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində ölkəmizin bütün ictimayyəti kimi laçınlılar da seçkidə böyük aktivlik nümayiş etdirəcəklərini bildirirlər. Sumqayıt şəhər Sarıqaya massivində və Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yaşayan laçınlı seçicilərlə YAP tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 121 saylı Laçın Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlunun görüşü keçirilib.

Görüşü YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli açaraq, seçicilərə 121 saylı Laçın Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlunun fəaliyyəti haqda ətraflı məlumat verib və onun laçınlıların etimadını qazanacağına əmin olduğunu bildirib. YAP Laçın rayon təşkilatının sədri vurğulayıb ki, 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən çox uğurlu başlayıb və uğurla da davam edir.

121 saylı Laçın Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş M.Abbaszadə seçicilər qarşısında çıxış edərək edərək, qeyd edib ki, bu gün önəmli bir gündür: "22 il öncə, 10 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi tarixdir". Məhz belə bir partiyanın üzvü olduğu və namizədi olaraq iştirak etdiyi üçün fəxr hissi deyən M.Abbaszadə vurğulayıb ki, partiyanın yarandığı gündən bugünədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük hədəflər əldə olunubdur və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: "Mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülübdür. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik."