YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirir

“Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qurupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsil mövqeyini ortaya qoydu”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu, Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasında növbəti bir addımdır. Onun sözlərinə görə, Avropa Şurasının baş katibinin bu qərarı təşkilata üzv ölkələrə münasibətdə nə onun vəzifələri ilə, nə də öhdəlikləri ilə bir araya sığmır.

«Avropa Şurasının doğrudan da, insan hüquqları ilə bağlı narahatçılığı varsa o birinci növbədə Avropanın özündə, Yaxın və Orta Şərqdə nələr baş verdiyinə diqqət yetirsə daha yaxşı olar. Avropa siyasi inistutlarının, o cümlədən Avropa Şurasının seyrici mövqeyi nəticəsində Qərbin məlum ərəb dövlətlərində yaratdıqları xaos, dağıntılar, vətəndaş müharibələrindən canlarını qurtararaq Avropaya pənah gətirmiş 100 minlərlə qaçqınların taleyi, onların elementar insan hüquqları heç kimi maraqlandırmır.  Yaxşı olar ki,  Avropa Şurası birinci növbədə bu insanların hüquqları barədə düşünsün. Çox maraqlıdır ki, Azərbaycana qarşı olan qüvvələr adətən nəzərdə tutulan mühüm dövlət tədbirləri ərəfəsində fəallaşırlar. Qarşıdan parlament seçkiləri gəlir. Bu qüvvələrin niyyəti əvvəlcədən seçki prosesinə, onun nəticələrinə kölgə salmaqdır. Ancaq bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil bir dövlət kimi daima öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirərək bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan bu yolundan dönməyəcək»- deyə, R.Əliyev vurğulayıb.