YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib

Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin keçmiş Dəyanət İşləri başqanı Təyyar Altıkulacı qəbul edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq qardaş ölkənin nümayəndələri ilə görüşdən məmnun olduğunu bildirib.  O, ölkəmizin xarici siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edərək, bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə davam etdiyini qeyd edib. Söhbət zamanı Azərbaycanla din sahəsində münasibətlərin qurulmasında Təyyar Altıkulacın böyük xidmətlərinin olduğu xüsusi qeyd olunub.

Görüş zamanı Təyyar Altıkulac Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən Təyyar Altıkulac Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. Qonaq bildirib ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.

Görüşdə eyni zamanda dini radikalizm və ekstremizmə qarşı mübarizə məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər. 

 

DİGƏR Xəbərlər Arxiv