YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımlar atılır

«Qanunverici orqan olaraq Milli Məclis qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində mühüm qanun və qərarlar qəbul edib. Bu insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımlar atılır». Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər.

 «Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur. Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev bu problemi beynəlxalq müstəvidə qaldıraraq dünya miqyaslı təşkilatların diqqətini azərbaycanlı qaçqın-köçkünlərin problemlərinə yönəldə bilmişdi. Beynəlxalq humanitar təşkilatlar bir neçə il ərzində bizim qaçqınlara yardımlar göstərirdilər. Bu gün Azərbaycan dövləti öz gücünə bu problemi həll edir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Yəni, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir»- deyə, İ.İsmayılov qeyd edib.