YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan gec-tez işğal altındakı torpaqlar üzərində suverenliyini bərpa edəcək

«Artıq Ermənistan rəhbərliyinin başqa çıxış yolu yoxdur. 20 ildən çoxdur ki, onlar özlərini çətin vəziyyətə salıblar. Səmimiyyətlə deyirəm ki, deyəsən, Ermənistan rəhbərliyi ağlını itirib, çünki əgər onlarda normal düşüncə olsa idi, SSRİ-nin dağılmasından sonra Azərbaycanla münasibətlərə zərər vurmadan regionda sülh içərisində yaşayardılar, Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində hər zaman olduğu kimi firavan ömür sürərdi». Bu fikirləri yap.org.az saytına Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Ermənistan yalnız Azərbaycanla əməkdaşlıq şəraitində normal inkişaf edə bilər. Onun sözlərinə görə, Ermənistan hər zaman təbii sərvətlərlə zəngin olan Azərbaycana möhtac olub. Ermənistanın bugünkü uğursuzluqlarının əsas səbəbi işğalçı ölkə rəhbərliyinin ölkənin, xalqın gələcəyini deyil, öz maraqlarını düşünmələridir.

«Erməni lobbisini də əslində, Ermənistan əhalisinin vəziyyəti maraqlandırmır. Təsadüfi deyil ki, Ermənistanda sosial, iqtisadi, demokrafik böhran getdikcə dərinləşir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının digər bir səbəbi isə beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulmasıdır. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da çox zaman münaqişələrin həllində bu prinsipin tətbiqinə nail ola bilmirlər, yaxud bunu istəmirlər. Ədalət prinsipinin çatışmazlığı, beynəlxalq hüququn bir çox hallarda öz təsir gücünü itirməsi 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin yanaşmasında da özünü göstərir. Lakin heç bir şübhə yoxdur ki, siyasi, iqtisadi, hərbi cəhətdən güclənən Azərbaycan gec-tez öz ərazi bütövlüyünü, işğal altındakı torpaqlar üzərində suverenliyini bərpa edəcək»- deyə, N.Məmmədov qeyd edib.