YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Avropa Parlamenti əsas göturduyü fundamental dəyərlərdən özünü uzaqlaşdırır

«Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır. Son illər artıq üçüncü qətnamədir ki, ölkəmizdə kecirilən mühüm ictimai-siyasi hadisələr öncəsi AP tərəfindən belə sənədlər qəbul edilir. Belə ki, “Avrovizion”, birinci Avropa Oyunları və Milli Məclisə keçiriləcək speçkilər ərəfəsində AP-nın qəbul etdiyi qətnamələr buna sübutdur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, XX əsrin sonunda Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir cox beynalxalq təşkilatlarla  əlaqələrin qurulmasında əsas məqsədlərdən biri məhz Daglıq Qarabag problemi ilə bağlı olub. Onun sözlərinə görə, o zamanlar Avropa İttifaqı artıq dünyada ən böyük iqtisadi potensiala malik güc mərkəzi olmaqla yanaşı, beynəlxalq aləmdə demokratik dəyərləri, insan hüquqlarının müdafiəsı və vətəndaş cəmiyyətinin prioritetləri hesab etmiş aparıcı siyasi güc mərkəzi kimi də özünü təqdim edirdi.

«Buna görə də, 20 faiz torpağının Ermənistan tərəfindən işgal olmuş və 1 milyondan artıq əhalisi qacqın və məcburi köçkünə çevrilmiş Azərbaycan üçün ölkənin ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ həqiqətlərinin  beynəlxalq tribunalardan dunya ictimayyətinə çatdırılması və dəstək alması xususi əhəmiyyət kəsb edirdi. Bu məqsədlərə nail olmaq ücün digər beynəlxalq təskilatlarla oldugu kimi, Avropa İttifaqı, Avropa Parlamenti  ilə də qısa zaman ərzində sıx əməkdaşlıq qurulmasına nail olunub. Azərbaycan sözdə deyil , əməli fəaliyətilə Qərbə, Avropaya  inteqrasiya prosesini həyata keçirir və bunu sübut edib. Aİ ilə fəal tərəfdaşlıq, Avropanın enerji təhlükəsizliyinə böyük töhfələrin verilməsi bunu sübut edir. Amma Azərbaycanın səmimi münasibətləri qarşısında AP qərəzli, ikili standart, müəyyən dairələrin sifarişinə uygun siyasət sərgiləyir. Bu isə təşklatın özünü əsas göturduyü fundamental dəyərlərdən uzaqlaşdırır»- deyə, deputat vurğulayıb.

S.Hüseynova qeyd edib ki, AP-nin qətnaməsi xalqımızın böyük hiddətinə səbəb olub: «Bu gün Azərbaycan müstəqil , dünyəvi bir dövlətdir. Azərbaycan öz müstəqilliyini müdafiə etməyə qadir bir ölkədir. Dövlətimizlə heç bir təşkilat diktə dilində danışa bilməz. Azərbaycanla yalnız bərabər hüqüqlu bir ölkə kimi davrana bilərlər. Azərbaycan xalqı öz Prezidentinin milli maraqlara söykənən müstəqil siyasətini dəstəkləyir. AP insan hüquqlarının carçısı kimi çıxış edirsə, ayrı-ayrı müəyyən dairələrin sifarişini yerinə yetirən şəxslərin deyil, öz evindən və elindən didərgin düşmüş 1 milyondan çox insanın haqlarını müdafiə etsin».

 

DİGƏR Xəbərlər Arxiv