YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Ermənistan tərəfi hər hansı konstruktiv addım atmayıb

«Ermənistan-Azərbaycan münaqişəsi uzun illərdir həll olunmamış qalıb. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun bu məsələ ilə bağlı müəyyən səyləri var. Lakin əfsuslar olsun ki, hər hansı bir nəticə yoxdur. Ümid edirəm ki, bu məsələ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) dondurulmuş münaqişə kimi yox, müzakirə olunan və müəyyən səviyyəyə çata bilən məsələ olacaq. Çünki hazırda regionda bu münaqişə kimi aktual məsələ yoxdur». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki,  AŞPA komitəsinin faktaraşdırıcı missiyası region üçün olduqca vacib və əhəmiyyətlidir. Onun sözlərinə görə, ötən dövrdə Ermənistan tərəfi hər hansı konstruktiv addım atmayıb.

«Əksinə, Ermənistan bu statusu saxlayaraq, konflikti gizlədir və məsələnin AŞPA-da müzakirədən çıxarılması istiqamətində addımlar atır.Amma biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.   Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin AŞPA-ya, eləcə də Avropaya dolğun çatdırılması üçün olduqca vacibdir»- deyə, komitə sədri vurğulayıb.