YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanda parlament seçkiləri Azərbaycan xalqının iradəsindən asılıdır, ATƏT-dən yox

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə müşahidəçi kimi iştirak etməməklə bağlı verdiyi qərar növbəti dəfə qərəzli yanaşmadır». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bu ATƏT nümayəndələrinin Azərbaycana qarşı ədalətsiz yanaşmasıdır. Onun sözlərinə görə, ATƏT Azərbaycana obyektiv olmalıdır.

«Çünki neçə illərdir ki, bu təşkilat Azərbaycanın Qarabağ problemini həll edə bilmir. Onlar bunu etiraf etməlidirlər. Lakin onlar Azərbaycana hökm etməyə və nəyisə diktə etməyə çalışırlar. Azərbaycanda parlament seçkiləri Azərbaycan xalqının iradəsindən asılıdır, ATƏT-dən yox. Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu seçkiləri müşahidə etmək üçün nümayəndə göndərəcəksə, buyursunlar. Əgər bunu etməkdən imtina edirlərsə də bu onların öz seçimidir. Seçkinin taleyi hansısa bir əmrlə müəyyən edilmir. Seçkinin taleyini xalq müəyyən edir. Burada əsas olan odur ki, Azərbaycan xalqı öz sözünü deyəcək və parlamentdə görmək istədiyi nümayəndələri seçəcək»- deyə, F.İbrahimli qeyd edib.