YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Avropa dəyərləri dərin böhran içərisindədir

«Avropanın bir sıra strukturlarında erməni lobbisinin fəaliyyətinin güclənməsi elə Avropanın özü üçün çox ciddi problemlər yaradır».  Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, beynəlxalq hüquq normalarına göz yummaq sonda Avropa strukturlarının sərt münasibət sərgiləməsinə gətirib çıxarır. Onun sözlərinə görə, bu, özü-özlüyündə Avropanın gələcəyi barədə düşünən analitikləri də çox narahat edir”.

«Bütün bunlar göstərir ki, Avropa dəyərləri dərin böhran içərisindədir»- deyə, komitə üzvü qeyd edib.