YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Hökuməti sədrinin müavini: Azərbaycanın uğurlarına heyranıq

Bu gün Bakıda Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılır. Biz buna çox sevinirik. Zənnimcə, xalqlarımızın çiçəklənməsi naminə gələcək qarşılıqlı fəaliyyətimiz yeni-yeni nailiyyətlərə gətirib çıxaracaq.

Bu sözləri Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets AZƏRTAC-a müsahibəsində bildirib.

Rusiyalıların Azərbaycana çox səmimi münasibət bəslədiklərini vurğulayan O.Qolodets deyib: “Biz sizin uğurlarınıza heyranıq. Münasibətlərimizdə həmişə müsbət meyillər hiss edirik. Məncə, münasibətlərimizin ən gözəl dövrü hələ irəlidədir. Mədəni əməkdaşlıqda, humanitar sahədə ciddi perspektivlərimiz var”.

Bakıda keçirilən birinci Avropa Oyunlarını xatırlayan Rusiya Hökuməti sədrinin müavini Azərbaycanda hökm sürən dostluq və səmimiyyət ab-havasını xüsusi vurğulayaraq deyib: “Bakıda birinci Avropa Oyunlarında iştirak edənlər Azərbaycanda yaradılan unikal mühitdən, yaxşı infrastrukturdan, xalqınızın qonaqpərvərliyindən ağızdolusu danışırlar. İlk Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana gələn hər bir kəs bir daha Bakıda olmaq arzusundadır. Bu da ölkənizin rəhbərliyinin və bütün Azərbaycan xalqının böyük nailiyyətidir”.

 

DİGƏR Xəbərlər Arxiv