YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Daim başqalarının ianələri hesabına yaşamağa öyrəniblər

«Serj Sarkisyan Rusiyaya səfəri zamanı hiyləgərliklə manevr edərək kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflətmək istəyir».  Bu fikri Milli Məclisin deputatı  Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, müstəqil olmayan Ermənistan başçısının Rusiyaya səfərinin görünən tərəfi  buraya satılan neft və qazın qiymətinin aşağı salınması və 200 milyon dollar kreditin verilməsi oldu. Onun sözlərinə görə, Ermənistanda elektrik enerjisinin qiymətlərinin artması ilə bağlı yaranan etirazlar, hakimiyyət əleyhinə genişlənən çıxışlar Rusiyanın maraqlarına uyğun deyildi.

«Bu hadisələr Ermənistanda Qərbin mövqelərini gücləndirə bilərdi. Ermənistan müstəqil deyil, Rusiyanın bir vilayəti səviyyəsində, bəlkə də ondan daha aşağı olduğundan Kreml Sarkisyan rejimini qoruyur. Bunu yaxşı bilən Sarkisyan hiyləgərliklə manevr edərək, səfəri zamanı qiymətləri aşağı salmaqla və kredit almaqla Ermənistandakı narazılığı qismən zəiflətmək istəyir. Lakin bu, daimi olmayacaq. Ermənistanda ümumi böhran daha da dərinləşəcək. Sarkisyanın bu addımı Ermənistanı daha dərin müstəmləkəçilik girdabına saldı. Onlar özlərinə xas olan qul psixologiyası ilə daim başqalarının ianələri hesabına yaşamağa öyrəniblər»- deyə, M.Qasımlı qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv