YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Uşaqların ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları dövlətimizin uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir

«Ölkədə uşaqların sağlam böyüməsi üçün dövlət bütün lazım olan addımları atır. Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” qanun qəbul edilib». Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, uşaqların hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları dövlətimizin uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar yeni nəslimizin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

«Prezident öz çıxışlarında uşaqları “cəmiyyətimizin sabahı” adlandırır. Körpələrin  qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, sağlamlığı dövlət başçımızın  əsas hədəflərindədir»- deyə,  deputat qeyd edib.