YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun paytaxtında MDB iştirakçıları olan dövlətlərin informasiya sahəsində qarşılıqlı fəaliyyətinə dair XİN-lərarası məsləhətləşmələr keçirilib

Sentyabrın 3-də Belarusun paytaxtında MDB iştirakçıları olan dövlətlərin informasiya sahəsində qarşılıqlı fəaliyyətinə dair XİN-lərarası məsləhətləşmələr keçirilib.

Birlik ölkələrinin, o cümlədən Azərbaycanın xarici siyasət idarələrinin və MDB İcraiyyə Komitəsinin nümayəndələrinin görüşündə postsovet məkanında inteqrasiya layihələrinin həyata keçirilməsi çərçivəsində informasiya sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib.

Tərəflər xarici siyasətin informasiya təminatı sahəsində təcrübə mübadiləsi ediblər. Mətbuat konfranslarının və brifinqlərin təşkili, veb-saytlardan istifadə edilməsi, sosial şəbəkələrdə iş, xaricdəki müəssisələrin informasiya-təbliğat fəaliyyətinin əlaqələndirilməsi, kütləvi informasiya vasitələri ilə, o cümlədən xarici KİV-lərlə əlaqələrin inkişaf etdirilməsi, habelə əlamətdar hadisələrin (Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi, BMT-nin yaradılmasının 70 illiyi, MDB-nin yaradılmasının 25 illiyi, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın 30-cu ildönümü, Avrasiya inteqrasiyasının əsas mərhələləri) informasiya təminatı məsələləri müzakirə edilib.

Görüş iştirakçıları MDB-nin nüfuzunun yüksəldilməsi, iştirakçı dövlətlərin və üçüncü ölkələrin ictimaiyyətinin MDB-nin fəaliyyəti barədə məlumatlanma dərəcəsinin artırılması və Birlik məkanında dövlətlərarası qarşılıqlı üçün xarici siyasət idarələrinin informasiya xidmətlərinin potensialından daha fəal istifadə etmək lazım olduğunu söyləyiblər.

MDB İcraiyyə Komitəsində məsləhətləşmələr başlanandan əvvəl “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayaq” mövzusunda fotosərginin açılışı olub. Xatırladaq ki, bu sərgi Azərbaycan da daxil olmaqla MDB iştirakçıları olan doqquz ölkənin BMT-dəki daimi nümayəndəlikləri tərəfindən Qələbənin 70 illiyi ərəfəsində BMT-nin Nyu-Yorkdakı qərargahında təşkil edilib.

Sərginin ekspozisiyasının Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç açıb.