YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir

“TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin və vertolyotlarının uçuşları davam edir.

Təlimlərə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25” və “F-4E, təyyarələri, “Mi-35”, “Mi-24” döyüş, “Mi-17”, Cougar AS532 və “Sikorski UH-60” axtarış-xilasetmə vertolyotları cəlb edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabitləri Elçin Axundov və Faiq Əliyev jurnalistlərə müsahibəsində bildiriblər ki, bugünkü təlimlərdə “Mi-17” və Cougar AS532 axtarış-xilasetmə vertolyotları təlim üzrə qəzaya uğrayan pilotun xilas edilməsi tapşırığını yerinə yetirib. “MiQ-29” və “F-16” qırıcı təyyarələri uzaq, orta və yaxın hava döyüşü təlimlərini həyata keçirib. Su-25 və F-4E” döyüş təyyarələri yerüstü hədəfləri məhv etmək üzrə təlimlərdə iştirak ediblər. Təlimlərdə həmçinin “Mi-35”, “Mi-24” döyüş, “Mi-17” və “Sikorski UH-60” döyüş-nəqliyyat vertolyotları tərəfindən də təlim-döyüş tapşırıqları icra olunub.

Təcrübə mübadiləsi məqsədilə Azərbaycan təyyarəçiləri Türkiyə Hava Qüvvələrinin, Türkiyə təyyarəçiləri isə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrində, vertolyotlarında təlim uçuşları yerinə yetiriblər.

Yüksək səviyyədə keçirilən təlimlər sentyabrın 18-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv