YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda 100-dən artıq bələdiyyə ləğv edildi

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu gün parlamentin iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi haqqında məlumat verib.

A.Rəhimzadənin sözlərinə görə, ilk vaxtlar Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərib. 2009-cu il mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirilib: “Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da, 110 bələdiyyə ləğv edilir. Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonlarının hər birində 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Ağdaşda 15, Qəbələ rayonunda isə 19 bələdiyyə birləşdirilir”.  

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Daha sonra "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edilib.