YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiyada matəm elan olunub

 

Nobel mükafatı laureatı, dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin vəfatı ilə əlaqədar Kolumbiyada matəm elan olunub.

Verilən məlumata görə, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə 3 günlük matəm elan edib. “Qabriel Qarsiya Markes ölkəmizin bütün tarixi boyunca vətənin adını ən yüksəyə qaldıran kolumbiyalı idi”, - deyə dövlət başçısı bildirib. Aprelin 21-də Mexikodakı Zərif Sənətlər Sarayında yazıçı ilə vida mərasimi keçiriləcək.

 Xatırladaq ki, Nobel mükafatı laureatı Q. Q. Markes aprelin 17-də Mexikoda 87 yaşında vəfat edib.