YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mədəniyyət nümayəndələri "Artmiqrasiya 2015" III Ümumrusiya teatr forumunda iştirak edəcəklər

Sentyabrın 11-dən 15-dək Azərbaycanın gənc teatr xadimləri Moskvada keçiriləcək "Artmiqrasiya 2015" III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər.

Rusiya Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival-forumun məqsədi yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etməkdir.

Rusiya, MDB və Baltikyanı ölkələrdən gənc teatr mütəxəssislərinin iştirak edəcəyi tədbirdə gənc rejissorların səhnəyə qoyduğu tamaşalar da nümayiş etdiriləcək.