YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Bütün dünya bilir ki, Dağlıq Qarabağda hərbi-kriminal rejim mövcuddur

«Ümumiyyətlə, Dağlıq Qarabağda keçirilən bütün «seçkiləri» təkcə Azərbaycan yox, heç bir dünya dövləti tanımır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bütün dünya  bilir ki, Dağlıq Qarabağda  hərbi-kriminal rejim mövcuddur.Onun sözlərinə görə,  Ermənistanın işğal siyasətinə son qoyulmayınca, bu cür qanunsuz hərəkətlərindən əl çəkməyəcək.

«İşğalçı dövlət açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Həmsədrlər münaqişənin həllinin Azərbaycan və Ermənistandan asılı olduğunu desə də, təcavüzkara təzyiq olmasa danışıqlar yolu ilə sülhə getməyəcək. Çünki işğalçı dövlət xoşluqla öz məqsədindən əl çəkmək istəmir.  Beynəlxalq birlik isə Ermənistanın bu mövqeyini sükutla qarşılayır. İşğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək»- deyə, politoloq qeyd edib.