YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Air Cargo-2015 VI Xəzər sammiti keçiriləcək

Oktyabrın 5-dən 7-dək “Euroavia international”ın təşkilatçılığı ilə Bakıda çarter yükdaşımalarının inkişafına həsr olunan Air Cargo-2015 VI Xəzər sammiti keçiriləcək.

Sammitin gündəliyində neft-qaz sənayesi və hava nəqliyyatı ilə tez xarab olan malların daşınması, həmçinin təchizat prosesinin təkmilləşdirilməsi məsələləri yer alıb.

Sessiyalar çərçivəsində "Avia yükdaşımalarının gələcəyi", "Yük göndərənlərin tələblərinin qlobal trendlərinin təhlili", "Neft-qaz sənayesi və hava nəqliyyatı ilə yükdaşımalar", "Yükdaşıyıcılarının perspektivləri", "Tez xarab olan məhsulların hava nəqliyyatı ilə daşınmasının təkmilləşdirilməsi" mövzuları üzrə məsələlər müzakirə olunacaq. Tədbir MDB ölkələri və Mərkəzi Asiya bazarlarındakı vəziyyətin təhlili və müzakirəsi ilə sona çatacaq.

Qeyd edək ki, Air Cargo V Xəzər sammiti 28-30 oktyabr 2013-cü ildə Bakıda keçirilib.