YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır

«Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır. Bunlar isə, öz növbəsində, dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir». Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov bildirib ki, bu baxımdan, nəzarət tədbirləri ilə bağlı görülmüş işlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Onun sözlərinə görə, yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir.

«Bununla yanaşı, maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi, müvafiq qurumlar tərəfindən atılan addımlardandır. Mövcud qanun Palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə Hesablama Palatası, bütün hallarda, müvafiq Kollegiya qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında müstəqillik, obyektivlik, kollegiallıq, şəffaflıq, ədalətlilik və peşəkarlıq prinsipləri Palatanın fəaliyyətinin əsas prinsipləri kimi göstərilir və biz fəaliyyətimizdə bu prinsipləri rəhbər tuturuq. Bir faktı qeyd edim ki, mərkəzi və yerli dövlət orqanlarının onlayn şəffaflıq vəziyyəti ilə bağlı aparılmış son monitorinqin nəticələrinə əsasən Palata 73 mərkəzi dövlət orqanı arasında 7-ci yerdədir və əvvəlki nəticəyə nisbətən 6 pillə irəliləyib. Hesablama Palatasının öz fəaliyyətinin illik nəticələri ilə yanaşı, altı ay üzrə məlumat təqdim etməsində də əsas məqsəd ictimaiyyətin Palata və onun yerinə yetirdiyi funksiyalar barədə daha çox məlumatlandırılmasıdır»- deyə, V.Gülməmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv