YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvləri Makedoniya Prezidenti George İvanovun rəhbərlik etdiyi Liderlik Məktəbinin altıncı buraxılış toplantısında iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, idarə heyətinin üzvləri Makedoniya Prezidentinin dəvəti ilə Ohrid şəhərində keçirilən Gənc Liderlər Məktəbinin altıncı buraxılış toplantısı çərçivəsində dövlət başçısı tərəfindən qəbul ediliblər.

Makedoniya Prezidentinin rəsmi veb-səhifəsində yerləşdirilən xəbərə görə, görüşdə George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən III Qlobal Bakı Forumunda iştirakı zamanı mərkəzlə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını yüksək qiymətləndirib. Dövlət başçısı gələcəkdə elm və mədəniyyət sahəsində daha sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanın paytaxtı hər il Qlobal Bakı Forumu adlı liderlər toplantısına ev sahibliyi edir. Hər il bu toplantıda Prezident George İvanov da daxil olmaqla, 50-dən çox hazırkı və sabiq dövlət, hökumət başçısı iştirak edirlər.

Prezident George İvanovun Gənc Liderlər Məktəbinin altıncı buraxılış toplantısında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvləri - Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov və İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, o cümlədən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də iştirak ediblər.

Makedoniya Prezidenti Georgi İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu il oktyabrın 8-9-da Bolqarıstan Prezidenti Rosen Plevneliyevin dəstəyi ilə Sofiyada keçiriləcək altıncı ali toplantısında və IV Qlobal Bakı Forumunda iştirak edəcəyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv