YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin proqramı açıqlanıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Cənubi Qafqaz regionuna səfərinin proqramı açıqlanıb.

Trend-in İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, D.Burkhalter iyunun 2-4-də Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri səfərini Azərbaycandan başlayacaq. Səfər zamanı D.Burkhalter ölkə rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, təşkilat ilə əməkdaşlıq məsələləri və iki tərəf üçün maraq kəsb edən digər məsələləri müzakirə edəcək.

D.Burkhalter iyunun 3-də Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstanda ölkə rəsmiləri ilə müzakirələr aparacaq. Eyni zamanda ikitərəfli məsələlərin müzakirəsi nəzərdə tutulub.

ATƏT-in fəaliyyətdə olan sədri regiona səfərinin sonunda - iyunun 4-də Yerevana gedəcək.

Məlumatda qeyd olunur ki, Cənubi Qafqaz regionu uzunmüddətli münaqişələr, xüsusilə də Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişə səbəbindən İsveçrənin ATƏT-də sədrliyinin prioritetidir: "İsveçrə ATƏT-də sədrliyi çərçivəsində münaqişə tərəfləri arasında dialoqun təşviqi üçün çalışır".