YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrina Bokova: Heydər Əliyev Fondunun layihələri YUNESKO-nun qarşısında duran əsas vəzifələrə uyğun gəlir

YUNESKO və Azərbaycan arasında təhsil, elm, kommunikasiya və xüsusilə mədəniyyət sahəsində sürətlə inkişaf edən məhsuldar əməkdaşlıq mövcuddur. Bunu Trend-ə YUNESKO-nun baş direktoru İrina Bokova deyib.

O, ilk növbədə, YUNESKO və Azərbaycan arasında 20 ildən artıq mövcud olan məhsuldar əməkdaşlıqdan məmnunluğunu dilə gətirmək istədiyini bildirib: “Bununla əlaqədar olaraq, Azərbaycan hökumətinə, həmçinin 2004-cü ildən təşkilatımızın xoşməramlı səfirlər arasında görməkdən məmnun olduğum birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirmək istərdim”.
YUNESKO-nun baş direktoru qeyd edib ki, o, bu il may ayının 18-19-da keçirilən mədəni müxtəliflilik, insan haqları, milli, regional, qlobal səviyyələrdə qarşılıqlı anlayışa, hörmətə şərait yaratmaq üçün müxtəlif mədəniyyətləri, dinləri, inancları olan xalqlar arasında dialoqun aktivləşdirilməsi və möhkəmləndirilməsinin zərurətinin təsdiqlənməsinə istiqamətlənən III Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda iştirak edib: “2008-ci ildə yarandığı gündən bəri “Bakı prosesi” kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum qlobal dünyamızda və getdikcə daha da müxtəlifləşən birliklərin mühitində həll tələb edən müasir dövrün mədəniyyətlərarası dialoq və onunla əlaqədar olan ümumi bəşəri dəyərlərin mübadiləsinə aid olan əsas problemlərin müzakirəsi və fikirlərin mübabiləsi üçün qlobal platforma oldu”.
İ.Bokova qeyd edib ki, YUNESKO Azərbaycan hökuməti, BMT Sivilizasiyalar alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, həmçinin İSESKO ilə bu forumun təşkilatçıları sırasında olmaqdan qürur hissi keçirir.
O qeyd edib ki, Forum strateji təkan verdiyi və BMT sistemi çərçivəsində YUNESKO-nun əsas təsisatçı olduğu Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onilliyin (2013-2022) məqsədlərini nümayiş etdirməsi ilə bağlı razılığını dilə gətirib: “Fürsətdən istifadə edib, bir daha xanım Mehriban Əliyevaya bu mühüm sahədə Təşkilatımıza göstərdiyi daimi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.
O həmçinin 2015-ci il iyun ayında Bakıda I Avropa Oyunlarının keçirilməsini alqışlayıb.
İ.Bokova xatırladıb ki, BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO-ya hər bir fərdin hərtərəfli inkişafına dəstək olmaq üçün razılaşdırılmış və birgə fəaliyyət əsasında idman və fiziki tərbiyənin irəliləməsinə kömək etmək həvalə edilib.
O, idmanın sülhün bərqərar olması üçün alət olduğunu qeyd edib. Belə ki, idman üçün coğrafi sərhədlərin və sosial siniflərin fərqi yoxdur. Bundan başqa, idman müxtəlif coğrafi, mədəni və siyasi kontekslərin iqtisadi inkişafı və sosial inteqrasiyasınınn inkişafında əhəmiyyətli rol oynayır: “Təşkilatımızın mövqeyi aydındır: idman sosial əlaqələrin və şəbəkələrin möhkəmləndirilməsi üçün güclü alətdir. Həmçinin sülhün, qardaşlığın, həmrəyliyin, zorakılıqdan imtinanın, səbir və ədalətin ideallarını inkişaf etdirir. Bundan başqa, idman sağlam həyat tərzi və şən cəmiyyət üçün gənclərə lazımdır”.
İ.Bokova bildirib: “Bu fürsətdən istifadə edib, Təşkilat Komitəsinin sədri kimi bu Oyunlara dəstəyi və şəxsi sədaqəti üçün xanım Mehriban Əliyevanı bir daha təbrik etmək istəyirəm. Mehriban Əliyevanın bu sahədə nümayiş etdirdiyi dəstək YUNESKO-nun idman və fiziki mədəniyyətin inkişafı və irəliləməsi, onların milli inkişaf strategiyalarının ayrılmaz parçası kimi təmin edilmə səylərinə uyğun gəlir”.
YUNESKO rəhbəri həmçinin YUNESKO-nun fəaliyyət göstərdiyi sahələrdə tədbirlərin keçirilmə yolu ilə strateji məqsədlərə və tapşırıqlara nail olmaq üçün Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu ilə təşkilatın sıx əməkdaşlığını qeyd edib.
O xatırladıb ki, Heydər Əliyev Fondu artıq təşkilatın Afrika ölkələrində potensialın yaradılması və möhkəmləndirilməsinə istiqamətlənmiş layihələrinə maliyyə dəstəyi göstərib. İ.Bokova həmçinin Pakistanda qızlar üçün orta məktəbin inşası, Haitidə qeyri-maddi mədəni irsin qorunub saxlanmasına yönəlmiş layihələr kimi Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq səviyyəli digər layihələrin əhəmiyyətini də qeyd edib: “Bütün bu layihələr YUNESKO-nun əsas vəzifələrinə uyğun gəlir”.
YUNESKO rəhbəri bildirib ki, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva mədəni müxtəliflik, eləcə də mədəniyyətlərarası dialoq kimi mühüm sahələrdə fəaliyyəti və layihələri dəstəkləməyə davam edir: “YUNESKO-ya dəstəyinə görə Mehriban Əliyevaya səmimi qəlbdən minnətdarlığımı bildirir, proqram və tədbilərimizə daim dəstək olduğu üçün təşəkkür edirəm. Əminəm ki, yaxın illərdə də məhsuldar əməkdaşlığımız inkişaf etməkdə davam edəcək”.