YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəmaləddin Heydərov: Məqsədimiz xilasedicilərin fəlakət zonasına çox qısa müddətdə yetişməsini təmin etməkdir

Balakən rayonunda Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışını etdik. Bilirsiniz ki, respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri təkmilləşdirmək məqsədi ilə təsdiq edilmiş proqrama uyğun olaraq, hazırda ölkənin müxtəlif yerlərində, əhalinin sıx yaşadığı ərazilərdə, kəndlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yeni hissələri, bölmələri yaradılır. Məqsədimiz odur ki, ən qısa müddətdə, maksimum 10 dəqiqə ərzində xilasedicilər, yanğınsöndürənlər fəlakət zonasına yetişə bilsinlər. Bu, dövlətimizin proqramıdır. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifədir. Bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirmişdir.

Nazir daha sonra demişdir: Ümumiyyətlə, yaxın illərdə Azərbaycanın bütün yaşayış məntəqələrində baş verə biləcək yanğın və ya təbii fəlakətlərin nəticələrinin təcili surətdə aradan qaldırılması üçün xilasedicilərin, yanğınsöndürənlərin çox qısa zamanda, 10 dəqiqədən də az müddətdə fəlakət zonasına yetişməsi təmin olunacaqdır. Nazirlik olaraq, qarşıya belə bir məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik.