YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Əlizadə: “Təhlükəsiz iş aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə xüsusi önəm veriləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  tərəfindən cari ilin sentyabr ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub.  Bu barədə məlumat verən Xidmətin rəisi Fuad Əlizadə aylıq çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının təsdiq edildiyini bildirib.

F.Əlizadə qeyd edib ki, “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var. Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”.

Xidmət rəisi “Təhlükəsiz iş aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə də xüsusi önəm veriləcəyini qeyd edib: “Bakıda və respublikanın regionlarındakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin işçilərinin, habelə işəgötürənlərin iştirakı ilə maarifləndirmə xarakterli seminar-müşavirələrin, dəyirmi masaların, görüşlərin keçirilməsi də nəzərə tutulur. Bu tədbirlərdə DƏMX-in və onun regional bölmələrinin əməkdaşları tərəfindən əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair geniş məlumatlandırma işləri aparılacaq, onların sualları cavablandırılacaq”.

DİGƏR Xəbərlər Arxiv