YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Notizie Geopolitiche”: Dağlıq Qarabağ münaqişəsinin gərginliyi bu günlərdə də səngimək bilmir

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirilib. Yazıda qeyd olunur ki, uzun illər davam edən münaqişənin gərginliyi bu günlərdə də səngimək bilmir. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır.

Müəllif yazır ki, xeyli sayda insanın həyatına son qoyan münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən dağıdılmış şəhərlərdən biri də Azərbaycanın Ağdam bölgəsidir. Ruhlar şəhəri kimi tanınan Ağdam uğrunda döyüşlər zamanı Azərbaycan xeyli sayda şəhid verib. Tərəflər arasında 1994-cü ildə atəşkəsə dair sənəd imzalansa da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tez-tez gərginlik müşahidə olunmaqdadır.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanda sürətli iqtisadi və hərbi inkişaf müşahidə olunduğu halda Ermənistan ağır iqtisadi böhran yaşamaqdadır. 1994-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu sənədlərə məhəl qoymur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illər davam etdirilən danışıqlar prosesi də hələ bir nəticə verməyib.