YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistanda insan hüquqlarının və demokratiyanın kobud şəkildə pozulması beynəlxalq aləmdə lazımınca dəyərləndirilmir

«Ermənistanın sosial və iqtisadi vəziyyəti həddən artıq ağırdır. İlk növbədə daha çox  gəncləri əhatə edən etiraz aksiyaları mübarizəni daha da gücləndirir  və artıq hakim rejim daha qəddar metodlara üz tutur». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistanda enerji qiymətlərinin 17 dram artması cəmiyyətdə çox böyük etiraza səbəb olub. Onun sözlərinə görə, oxşar hadisə başqa ölkələrdə baş versəydi insanlar heç də bu cür reaksiya verməyəcəkdi.

«Yəni bu onu göstərir ki, Ermənistanda əhalinin sosial vəziyyəti o qədər çətindir ki, hətta 17 faiz qiymət artımına belə cəmiyyəti ayağa qalxmağa vadar edib. Amma beynəlxalq aləmdə bu rejimə qarşı gözlənilən reaksiya gəlmədi. Ermənistanda söz azadlığının, insan hüquqlarının və demokratiyanın kobud şəkildə pozulması beynəlxalq aləmdə lazımınca dəyərləndirilmir. Hazırda Ermənistandakı iqtisadi-sosial vəziyyətə qarşı aparılan etiraz aksiyaları daha çox siyasi şüarlar altında aparılır. O cümlədən, erməni gəncləri bildirirlər ki, onlar artıq Sarkisyan rejiminin əsarəti altında qalmaq istəmirlər. Artıq bu rejimdən beziblər. Onlar hər halda bu rejimin dairəsi altında qalmaq istəmirlər. Ən çox səslənən şüarlar da Sarkisyanın istefası ilə bağlıdır»- deyə, politoloq qeyd edib.