YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Ermənilər təqsirkar olduqları üçün həqiqətləri dünya ictimaiyyətindən gizlətməyə çalışırlar

«Avropa Şurası Parlament Assambleyasının AŞPA sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çox əhəmiyyətlidir. Səfər zamanı Ermənistanın işğalı altında olan Sərsəng su anbarının tənzimlənməyən fəaliyyətinin bölgənin ətraf mühitinə zərəri haqqında, eyni zamanda, bu anbarda baş verə biləcək qəzanın mümkün fəsadları, o cümlədən ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti barədə müzakirələr aparılıb». Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycanın qapıları hər zaman AŞPA məruzəçilərinin üzünə açıqdır. Onun sözlərinə görə, məqsədimiz odur ki, Sərsəng su anbarının regionda əhəmiyyətini və ondan ermənilərin terror amili kimi istifadə edə biləcəyi təhlükəsini Avropa ictimaiyyəti tam aydınlığı ilə dərk edə bilsin.

«Biz heç nəyi gizlətmirik. İstəyirik ki, reallıqları görəsiniz və bu barədə Avropa Şurasının deputatları özləri qərar çıxarsınlar. Ona görə də məruzəçinin  Azərbaycana səfərinizi və bütün reallıqları öz gözləri ilə görmək istəyinizi yüksək qiymətləndiririk. Təəssüf ki, Ermənistan hər yolla onların səfəriə maneə törətməyə çalışır. Hələ də bu problemlə bağlı bir dəfə də olsun o ölkəyə səfər edə bilməyiblər. Danılmaz faktdır ki, ermənilər təqsirkar olduqları üçün həqiqətləri dünya ictimaiyyətindən gizlətməyə çalışırlar”,-deyə Səməd Seyidov bildirib. O, vurğulayıb ki, Sərsəng su anbarı probleminin həll olunmamasının başlıca səbəbkarı Ermənistan hakimiyyətidir»- deyə, komitə sədri vurğulayıb.