YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş nazirinin müavini Yaponiyaya yola düşüb

Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tokioya yola düşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Yaponiyanın xarici işlər naziri Fumio Kişidayanın dəvətinə əsasən avqustun 26-dan 31-dək davam edəcək rəsmi səfərdə məqsəd hər iki ölkə arasında dostluq əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir.