YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Asiya İnfrastruktur və İnkişaf Bankının beynəlxalq forumunda təmsil olunacaq

Avqustun 23-25-də Tbilisidə Asiya İnfrastruktur və İnkişaf Bankının (AİİB) beynəlxalq forumu keçiriləcək. Forumda Azərbaycan nümayəndə heyəti də daxil olmaqla dünyanın 57 ölkəsindən dövlət və hökumət nümayəndələri, iqtisadçı alimlər, ekspertlər iştirak edəcəklər.

Forumda AİİB-in fəaliyyət istiqamətləri, Asiya və Sakit Okean hövzəsində, eləcə də bankla tərəfdaş ölkələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi, iqtisadi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

AİİB Çin Xalq Respublikasının təşəbbüsü ilə bu ilin iyununda yaradılıb və bankın əsas nizamnamə kapitalı 100 milyard dollardır. Bankın maliyyələşməsi üçün 57 ölkə vəsait ayırıb. Bankın sərmayəsinin ən böyük hissəsi – 20,06 faizi Çin Xalq Respublikasına məxsusdur.