YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının gəmilərinə jurnalistlər üçün ekskursiya təşkil edilib

Avqustun 14-də Bakı dəniz limanında Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının gəmilərinə jurnalistlər üçün ekskursiya təşkil edilib.

RF Müdafiə Nazirliyi tərəfindən keçirilən bu tədbirdə KİV nümayəndələri “Volqodonsk” və “Mahaçqala” kiçik artilleriya gəmiləri ilə tanış olublar. Jurnalistlərə gəmilərin döyüş qabiliyyəti və silah təchizatı barədə ətraflı məlumat verilib.

Gəmilər avqustun 16-dək Bakıda olacaq.