YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur

«Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əminamanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə  qazanmasında mühüm rol oynayacaq». Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib. 

Əli Əhmədov bildirib ki, bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitlik, əmin-amanlıq  ən vacib amillərdən biridir. Onun sözlərinə görə, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir.

DİGƏR xəbərlər Arxiv