YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycan regionları sosial-iqtisadi baxımdan uğurla inkişaf edir

«Azərbaycan regionları sosial-iqtisadi baxımdan uğurla inkişaf edir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, görülən işlər nəticəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişir. Onun sözlərinə görə, hər bir bölgədə inkişaf görmək mümkündür.

«Təbii ki, burada Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası mühüm rol oynayır. Artıq bu proqramın üçüncü mərhələsi həyata keçirilir. Hesab edirəm ki, üçüncü poqramın nəticəsində bölgələrdə daha gözəl nailiyyətlər əldə olunacaq»- deyə, F.İbrahimli qeyd edib.