YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Monqolustan arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi, general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, avqustun 14-dək davam edəcək səfərin məqsədi Azərbaycan Respublikasının sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdır.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq xatirələrinə dərin hörmət və ehtiramını bildirib.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsini yad ediblər.

Səfər çərçivəsində qonaqlar DSX-nin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev ilə görüşüblər.

Görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.

Qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

DİGƏR Xəbərlər Arxiv