YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Asiya qitəsi üzrə ən çox sərmayəsini Azərbaycan iqtisadiyyatına yönəldib

Türkiyə 2001-2014-cü illərdə Asiya qitəsi üzrə ən çox sərmayəsini Azərbaycan iqtisadiyyatına yönəldib.

Anadolu Agentliyinin məlumatına görə, həmin dövrdə Azərbaycana 45 milyard 449 milyon dollar həcmində sərmayə qoyulub. Bu da Türkiyənin bütövlükdə Asiya qitəsinə yönəltdiyi investisiyanın 74 faizini təşkil edib.

Azərbaycanla Türkiyə arasında qarşılıqlı sərmayə qoyuluşu uğurla davam edir. Növbəti 6-7 il ərzində təqribən 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaq. Bu da Azərbaycanın xaricə yatıracağı ən böyük investisiyadır.