YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon təşkilat sədrlərinin müşavirəsi keçirilmişdir

Avqustun 8-də Yeni Azərbaycan Partiyasının İcra katibliyində qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar YAP Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon təşkilat sədrlərinin müşavirəsi keçirilmişdir.

Müşavirədə YAP Sədrinin müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxış edərək YAP Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Eyni zamanda müşavirədə seçici qrupları ilə iş rayon (şəhər) seçki qərargahlarının fəaliyyətinin təşkili, partiya tərəfində irəli sürüləcək namizədlər üçün seçki imzası toplayacaq partiya fəalları ilə treninqlərin keçirilməsi və s. məsələlər müzakirə olunmuş və lazımi tapşırıq və tövsiyyələr verilmişdir.

Müşavirədə YAP İcra karibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak etmişlər.