Xəbərlər
Şirzad Abdullayev: 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə sahibkarlara 128,5 milyon manat güzəştli kredit verilib
2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3470-dən çox sahibkara güzəştli kredit verilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Ş.Abdullayev qeyd edib ki, verilən kreditlər 128,5 milyon manat həcmindədir.
«Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Verilən kreditlər nəticəsində bölgələrdə digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib»- deyə, Ş.Abdullayev qeyd edib.