YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi həyata keçirilən mühüm tədbirlərdən biridir

«Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilir».  Buun kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilir. Onun sözlərinə görə, bütün bunlar  kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.

 «2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilir. Dövlətimizin başçısının Sərəncamı ilə bu ildən istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25 faiz artırılıb. Artıq bu il üçün də kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım verilməsi məsələsinə baxılıb. Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372234 istehsalçıya 1263947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63197350 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib»- deyə, nazir müavini vurğulayıb.