YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında daha bir quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2595 nömrəli stasionar dəniz özülündə 2585 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib və 2264-2249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.