YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir

«Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki , bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır». Bu fikirləri Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev bildirib ki, dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır. Deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir.

E.Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub.”

DİGƏR Xəbərlər Arxiv