YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: NATO üzvləri Türkiyəyə dəstək verməyə hazırdırlar

«Son dövrlərdə Türkiyəyə qarşı faktiki olaraq iki istiqamətdə terror hadisəsi həyata keçirilməkdədir. Bunlardan biri ənənəvi prosesdir».  Bunu politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, uzun tarixi dövrdür ki, PKK beynəlxalq terror təşkilatı Türkiyəyə qarşı terror aktlarını həyata keçirir: “Hətta biz yenidən eyni vəziyyətin şahidiyik. İraqın şimalında məskunlaşan PKK terror təşkilatı Türkiyəyə qarşı müxtəlif terror əməlləri həyata keçirib. Hətta məsuliyyəti də öz boynuna götürüb. Həmçinin Suriya ilə sərhəddə “İŞİD” terror qruplaşması da Türkiyəyə qarşı ağır terror əməliyyatlarını həyata keçirib. Beləcə Türkiyə hər iki tərəfdən təhdid mənbəyi ilə üz-üzə dayanıb. Təhlükənin kifayət qədər ciddiliyini, ağırlığını nəzərə alaraq Türkiyə dövləti bununla bağlı NATO üzrə müttəfiqlərinə də müraciət edib. Beləcə, Türkiyənin təşəbbüsü ilə fövqəladə olaraq NATO-nun toplantısı keçirildi və NATO nizamnaməsinin dördüncü maddəsinə görə üzv ölkələrdən birinə qarşı təhlükə yaranarsa, bu halda bütün digərləri arasında siyasi hərbi məsləhətləşmələr həyata keçirilməlidir. Artıq NATO üzvləri Türkiyəyə dəstək verməyə hazırdırlar”.