YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi üç qat artacaq

Hazırda İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır. Gələn il bu rəqəmin üç qat artacağı gözlənilir.

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan mütərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaezi məlumat verib.

Nazir bildirib ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr ildən-ilə inkişaf edir və bu da ticarət dövriyyəsinin artmasına şərait yaradır.