YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Senzuranın ləğvi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu

«Ümummilli lider Heydər Əliyev tərəfindən 17 il öncə mətbuat üzərindən senzuranın ləğv edilməsi əlamətdar hadisə idi. Çünki hər bir xalqın ictimai-siyasi fikir tarixində onun mediası, onun nə dərəcədə azad, müstəqil olması, ictimai-siyasi həyata təsir səviyyəsi mühüm rol oynayır». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan mətbuatı tarixinin böyük hissəsini senzura mühitində inkişaf edib. Onun sözlərinə görə, ilk mətbuatımız yaranan vaxtdan həmişə senzura nəzarətində olub. Amma buna baxmayaraq, milli mətbuatımız inkişaf edib.

«1998-ci ildə senzuranın ləğvi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Mətbuat, KİV üzərindən senzuranın götürülməsi çox böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Müharibə şəraitində olan bir ölkədə belə bir addım heç vaxt təsəvvür edilə bilməzdi. Lakin Ümummilli lider bu cəsarətli addımı atdı və mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu, Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Bundan sonra da çox ciddi addımlar atıldı; Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, çox ciddi qanunvericilik yarandı, bununla da, Azərbaycan mətbuatının inkişafında əsaslı bir dönüş oldu» -deyə, Ə.Amaşov vurğulayıb.