YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bulla-dəniz” yatağında yeni quyu qazılır

“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 125 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 6 min 200 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, quyudan sutkada 150 ton kondensat və 800 min kubmetr qaz hasil ediləcək. Quyuda istismar işləri N.Nərimanov adına neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.