YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Yaponiya hökumətləri arasında qeyri-layihə qrant yardımına dair sənədlər imzalanıb

Avqustun 6-da Bakıda Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) Proqramı çərçivəsində “Yaponiyanın kiçik və orta həcmli şirkətlərinin məhsullarının təminatı” üçün qeyri-layihə qrant yardımı xətti üzrə mübadilə olunacaq nota və digər müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

qeyri-layihə üzrə qrant yardımı xəttinin əsas məqsədi Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin səmərəli və istifadəsi rahat olan texnologiyalarından istifadə edərək inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım göstərməkdir. Bu sxem ODA Proqramının bir hissəsi olaraq Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin yüksək texnologiyalarından istifadə etməklə Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfəsini verəcək. Hazırkı layihə üçün Yaponiya Hökumətinin ayırdığı qrantın məbləği 100 milyon Yapon yenidir (təxminən 909,090 ABŞ dolları).