YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanladı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.
Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənmiş, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilmişdir. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər”.

Prezident İlham Əliyevin Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrikdə daha sonra deyilir: “Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!”